Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı məcburi köçkünlər ilə görüşdü

24 iyul 2018 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də Nərimanov rayonu, Ə. Qayıbov küçəsində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda rayon rəhbəri ilə yanaşı, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdi.
Qəbul zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi.
Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə çıxışları dinlədi.
Sakinlərin müraciətlərinin əsas hissəsi məskunlaşdıqları ərazinin yaxınlığında qaldırıcı kranın işlədiyini və bu məsələnin onları təhlükəsizlik cəhətdən narahat etdiyini bildirərək köməklik göstərilməsi ilə bağlı oldu.
Rayon sakinlərindən Babayev Etibar Şahmar oğlu maddi imkanının az olduğunu bildirərək ünvanlı sosial yardıma cəlb olunmasını xahiş etdi.
Mehdiyev Bəxtiyar Səfiyar oğlu səyyar qəbul zamanı çıxış edən sakinlər adından məcburi köçkünlərə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Problemləri diqqətlə dinləyən rayon rəhbərinin göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciətlərin bir çoxu yerindəcə həll edildi, digərlərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər