Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edildi

01 iyun 2018 | 16:00

1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt və firavan gələcək arzu edirik.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, iyunun 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Respublikasında da qeyd edilir.
“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Zəngilan rayon “Şəfəq” uşaq bağçasında bayram tədbiri keçirildi. Tədbir uşaqların hazırladıqları səhnəciklərlə davam etdirildi və konsert proqramı ilə yekunlaşdı.

Keçidlər