Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi

30 mart 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, aparatın məsul işçiləri, rayon  hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdilər.
İlk öncə soyqırıma məruz qalmış soydaşlarımızın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov geniş məruzə ilə çıxış edərək  1918-ci ildə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən, tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən bu hadisələrə hüquqi qiymət verilməsindən bəhs etdi. Rayon rəhbəri qeyd etdi ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul edilir.

Zəngilan rayon 36 saylı orta məktəbin tarix müəlliməsi Şəbnəm Quliyeva çıxışında XX əsrin ən faciəli və dəhşətli səhifələrindən olan soyqırımın tarixi aspektlərinə toxundu. Bildirdi ki, Azərbaycan  Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmış, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdır.

Anım tədbiri erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərindən və ümumilikdə soydaşlarımıza qarşı misli görülməmiş erməni vəhşiliklərindən bəhs edən filmin nümayişi ilə davam etdirildi.

Keçidlər