Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2018 | 16:00

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətində bayram tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etdi.
İlk olaraq RİH-nin başçısı Ramiz Həsənov Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan,  dövlət qayğısından danışaraq bildirdi ki, Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində kişilərlə bərabər imkanlar yaradılmışdır. Rayonun təhsil, səhiyyə, mədəniyyət  və digər sahələrində çalışan qadınlarımızın  öz bilikləri, bacarıqları, işgüzarlıqları ilə hər zaman seçildiklərini, rayonumuzda da qadınlarımızın bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəldiklərini vurğulayan Ramiz Həsənov bütün rayon qadınlarını təbrik edərək, onlara xoş arzularını bildirdi.
Daha sonra rayon rəhbəri Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilmiş Mərkəzi Rayon Xəstəxanasının həkimi- kordioloq Bənövşə Heydərovaya tərəqqi medalını təqdim etdi.
Tədbirin sonunda qadınlar çay-şirniyyat süfrəsinə dəvət olundular.

Keçidlər