Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərə yardım verildi

04 oktyabr 2017 | 16:00

Oktyabr ayının 4-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində məskunlaşan  şəhid, əlil və kimsəsiz məcburi köçkün ailəsinə qardaş Türkiyənin Qızıl Ay Cəmiyyəti tərəfindən  yardım kimi göndərilmiş müxtəlif ərzaq məhsullarından ibarət yardımın paylanılması təşkil olunmuşdur.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə səfiri Erkan Özoralın, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov  və Zəngilan Rayon İH-nin başçısı Ramiz Həsənov da iştirak etmişdir.
Bir millət - iki dövlət kimi Türkiyənin daim Azərbaycanın, Azərbaycanın isə Türkiyənin yanında olduğunu deyən səfir bildirib ki, biz qardaş ölkə və xalq kimi bundan sonra da daim birlikdə olacağıq.

Zəngilan Rayon İH-nin başçısı Ramiz Həsənov bu mənəvi dəstəyə görə bütün məcburi köçkünlər adından səfirə və türk xalqına təşəkkürünü bildirdi.
Qeyd olundu ki, göndərilmiş 325 bağlamadan ibarət bu humanitar yardımın yerdə qalanı Bakı şəhərinin müxtəlif ərazilərində məskunlaşmış əlil, şəhid və kimsəsiz ailələrə paylanılacaqdır.

Keçidlər