Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə R.Vəliyevanı təbrik etdi

16 avqust 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramilə Vəliyeva Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə  “Tərəqqi” medalı ilə təltif olundu. Bu münasibətlə Zəngilan rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi.
Ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına xüsusi diqqətindən bəhs edən rayon rəhbəri qeyd etdi ki, hər bir dövlət qulluqçusunun qarşısında qoyulan ən əsas  vəzifə tutduqları vəzifələrin məsuliyyət və şərəfini dərindən dərk edərək, xalqa və dövlətçiliyə sədaqətlə, vicdanla xidmət etməkdir.
RİH başçısı Ramiz Həsənov “Tərəqqi” medalına layiq görülməsi münasibətilə Ramilə Vəliyevanı təbrik edərək, yeni nəaliyyətlər arzuladı. Daha sonra medal və gül dəstəsi təqdim edildi.

Keçidlər