Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbiri Zəngilan rayon məktəblərində təntənə ilə keçirildi

14 iyun 2017 | 16:00

Zəngilan rayon məktəblərində hər zaman yüksək səviyyədə təşkil olunan “Son zəng” tədbiri aprel döyüşlərində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Müşfiq Orucovun məzun olduğu 7 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısının iştirakı ilə keçirildi.
Aparatın və təhsil şöbəsinin məsul işçilərinin, çoxsaylı şagird və müəllimlərin, valideynlərin toplaşdığı tədbir dövlət himninin sədaları ilə açıq elan edildi. Məktəbin direktoru Valeh Quliyev çıxış edərək 11-ci sinfi bitirən məzunlara uğurlar arzuladı və qeyd etdi ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər rayonumuzda da öz əksini tapır.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışdı. Son illər respublikamızda, o cümlədən rayon məktəblərində əlverişli təlim mühitinin yaradılmasından, təhsilin inkişafı istiqamətində  Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın gördüyü ardıcıl tədbirlərdən, Heydər Əliyev Fondunun  xidmətlərindən bəhs etdi.
Məktəblərimizdə, o cümlədən qəhrəman şəhidimiz Müşfiq Orucovun məzun olduğu məktəbdə vətənpərvər övladların yetişdiyini vurğulayan rayon rəhbəri doğma yurdlarımızın tezliklə Müşfiq kimi qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunacağına əminliyini bildirdi.  Müəllimləri, valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən RİH başçısı Ramiz Həsənov məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.
Tədbir məktəbin 1-ci və məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət musiqili-bədii hissə ilə davam etdi.
Rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında xoş xatirəyə çevrildi.

Keçidlər