Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi

26 may 2017 | 16:00

Mayın 26-da Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon nümayəndəliyinin təşkilatçılığı ilə Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş təntənəli bayram tədbiri keçirildi.
Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zəngilan şəhər musiqi məktəbinin zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları ilə açıq elan edildi. Bayram tədbiri konsert proqramı ilə davam etdirildi.

Keçidlər