Şriftin ölçüsü :

Saytın rəngi :

IV İslam Həmrəyliyi Oyunlarının bürünc medal mükafatçısı Asiman Qurbanlının qalibiyyəti Zəngilan Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qiymətləndirildi

25 may 2017 | 16:00

İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılan addımlar, aparılan siyasət “Bakı-2017” İslam Həmrəyliyi Oyunları zamanı da öz gözəl töhvəsini verdi və Azərbaycan bu oyunlarda növbəti qələbəni qazandı. İdmançılarımız oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov qələbə sevincini bizlərə yaşadan idmançılar sırasında rayonumuzun idmançısı Asiman Qurbanlını (karate üzrə - bürünc medal) qəbul etdi. Rayon rəhbəri Asiman Qurbanlını və bütün qələbə çalmış idmançılarımızı, məşqçiləri, idman mütəxəssislərini bu parlaq qələbə münasibətilə təbrik etdi və yeni qələbələr, uğurlar arzuladı. İdmançıya fəxri fərman və hədiyyə təqdim olundu.

Keçidlər