Şriftin ölçüsü :

Saytın rəngi :

Çərkəz Nəsirlinin "Köç gedəndən sonra" kitabının təqdimatı keçirildi

20 aprel 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyinin təşkilatçılığı ilə Çərkəz Nəsirlinin "Köç gedəndən sonra" kitabının təqdimatı keçirildi.
Musiqili proqram əsasında keçirilən tədbirdə çıxış edənlər ömrünün müdrik çağında qələmə sarılan müəllifə yaradıcılığında uğurlar arzuladılar.
Zəngilan rayon Ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəsi Mehman Nəsirov, yazıçı Əli bəy Azəri  çıxış edərək bildirdilər ki,  ömrünün böyük və faydalı hissəsini musiqiçi kadrların yetişdirilməsinə sərf edən Çərkəz Nəsirli həyatda müşahidə etdiyi və eşitdiyi real hadisələrdən, gənc nəslin bəhrələnib ibrət ala biləcəyi hekayələrdən yazır. 1990-cı ildən Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsində işləyən, “Musiqi ilə döyünən ürəklər” və “Zəngilanda Musiqi Ocağı” kitablarının müəllifi Çərkəz Nəsirlinin “Köç gedəndən sonra” sayca üçüncü kitabıdır.
Tədbir Bartaz kənd uşaq musiqi məktəbinin kollektivinin təqdim etdikləri musiqi nümunələri və kompozisiyalarla davam etdi.

Keçidlər