Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar yubiliyarlara qayğı

28 fevral 2017 | 16:00

28 fevral 2017-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində əməksevərliyi, bacarığı, səmimiyyəti ilə sayılıb-seçilən rayon ziyalısı, vaxtilə Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışmış Əşrəf Şükürovun 70 illik yubileyi  qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Əşrəf Şükürovun əmək fəaliyyətlərindən danışaraq, işlədiyi müddətdə onun iş üslubu, təşəbbüskarlığı ilə seçildiyini bildirdi. Əmək fəaliyyətini yüksək qiymətləndirən rayon rəhbəri Əşrəf Şükürovu yubileyi münasibətilə təbrik etdi və ona uzun ömür, can sağlığı arzuladı.  Yubiliyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan Rayon İcra Hakimiyyətinin məsul işçiləri Əşrəf müəllimə ən səmimi arzularını bildirdilər, onun müsbət mənəvi keyfiyyətlərindən, xidmətlərindən  söz  açdılar. Bildirdilər ki, Əşrəf Şükürov 2009-cu ildə Azərbaycan Respubllikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət qulluğunda fərqlənmə  medalı ilə təltif edilib.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Əşrəf Şükürovu təbrik edərək, 2016-cı ildə veteran hərəkatında göstərdiyi xidmələrə görə onu “Veteran Həmrəyliyi” medalı ilə təltif etdi.
Tədbirin sonunda yubiliyar rayon rəhbərliyinə ziyalılara, dövlət qulluqçularına göstərilən diqqət və qayğıya, yubileylərin, əlamətdar günlərin və digər tədbirlərin yüksək səviyyədə qeyd olunduğuna görə dərin minnətdarlığını  bildirdi.

Keçidlər