Şriftin ölçüsü :

Saytın rəngi :

Nümunəvi diqqət

01 mart 2017 | 16:00

Dünyaya göz açan hər bir insan bacarıq və əməllərilə yaşayıb-yaradaraq özünəməxsus iz qoyur. Əməyinə verilən qiymət insanı yaşamağa, daha yeni nəailiyyətlər qazanmaqla xalqına, vətəninə xeyir verməyə ruhlandırır. Ziyalıların əməyinə hər zaman dəyər verən Zəngilan Rayon İcra Hakimiyyətində yubileylərin qeyd olunması artıq ənənəvi hal alıb.
01 mart 2017-ci il tarixdə vaxtilə Zəngilan Rayon İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləyən, əməksevərliyi, bacarığı, səmimiyyəti ilə rayon ictimaiyyətinin rəğbətini qazanan Əminə Əsədovanın  70 illik yubileyi  qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Əminə Əsədovanı yubileyi münasibətilə təbrik etdi və ona uzun ömür, can sağlığı arzuladı. İstər kollektivin, istərsə də ictimaiyyətin Əminə xanım  haqqında həmişə yüksək fikirdə olduğunu vurğulayaraq yubiliyara gül dəstəsi və hədiyyə təqdim etdi.
Təbriklərə qoşulan RİH-nin məsul işçiləri Seyfəddin Paşayev, Ceyhun Həsənov, Maya Bağırova, Murad Rəhimov, Xanım Rüstəmova Əminə xanıma ən xoş arzularını bildirdilər.
Sonda yubiliyar ziyalılara, dövlət qulluqçularına göstərilən diqqətə, əməyə verilən qiymətə, xoş arzulara görə səmimi minnətdarlığını  bildirdi.

Keçidlər