Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

24 fevral 2017 | 16:00

24 fevral 2017-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Mincivan qəsəbə uşaq musiqi məktəbində Xocalı soyqırımının 25-ci ildönümü  ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, ərazi nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Zəngilan məktəblilərinin bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımında baş vermiş hadisələrin dəhşətli anlarını əks etdirdikləri rəsmlərin sərgisi ilə tanış olduqdan sonra, faciə zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir Zəngilan rayon 4 nömrəli tam orta məktəbin şagirdlərinin  hazırladığı,  erməni terrorçularının insanlığa xas olmayan vəhşiliklə törətdikləri Xocalı soyqırımını əks etdirən kompozisiyanın nümayişi ilə davam etdirildi.

Keçidlər