Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramının ilk çərşənbəsi qeyd edildi

21 fevral 2017 | 16:00


Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə fevral ayının 21-də  Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə Azərbaycan xalqının ən qədim və milli bayramı Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd edildi.
Musiqili-əyləncəli el şənliyində rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri, el ağsaqqalları, ziyalılar, gənclər, yeniyetmə və uşaqlar iştirak etdilər.
Bir çox teatral məqamlarla zəngin olan Novruz bayramının özənəməxsus xüsusiyyətlərini və adət-ənələrini əks etdirən atributların yer aldığı bayram tədbirində ənənəvi bayram tonqalı yandırıldı.
Bayram şənliyi Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin kollektivinin təqdim etdikləri bayram konserti ilə davam etdi. Maraqlı proqram əsasında keçirilən el şənliyində Novruz bayramının əsas personajları olan Keçəl və Kosanın çıxışları, incəsənət ustalarının gözəl ifaları iştirakçılarda xoş ovqat yaratdı.

Keçidlər