Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətində daha bir ziyalının yubileyi qeyd olundu

15 fevral 2017 | 16:00

İnsan illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu gördükdə bununla mənəvi rahatlıq tapar. Mənalı ömrünün 70-ci pilləsində olan Əli Əliyev səhiyyə sahəsində işlədiyi müddətdə zəngilanlıların dərin hörmət və rəğbətini qazanmışdır.
15 fevral 2017-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində həkim - terapevt Əli Əliyevin yubileyi qeyd olundu. RİH başçısı Ramiz Həsənov yubiliyarı ürəkdən  təbrik edərək, ən xoş arzularını çatdırdı.  İstər tibb işçilərinin, istərsə də ictimaiyyətin gözəl mütəxəssis, eyni zamanda gözəl insan olan Əli həkim  haqqında həmişə yüksək fikirdə olduğunu, onun fəaliyyət yolunun gənc kadrlar üçün əsl örnək təşkil etdiyini vurğuladı.  Yubiliyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova, Zəngilan rayon Mərkəzi xəstəxanasının baş həkimi Tariyel Salmanov Əli həkimə  ən səmimi arzularını bildirdilər,  onun müsbət mənəvi keyfiyyətlərindən,  xidmətlərindən  söz  açdılar.
Sonda yubiliyar  deyilən  xoş  sözlərə, təbriklərə  görə, göstərilən böyük diqqət və ehtirama görə minnətdarlığını  bildirdi.

Keçidlər