Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2016 | 16:00

İyun ayının 23-də Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında RİH başçısı, aparatın məsul işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçularının iştirakı ilə Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov açaraq dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycanda dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir. 
Bundan başqa rayon rəhbəri  Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə  “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə Məmmədbəyli кənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nərminə Bağırovanı təbrik etdi.
Daha sonra  rayonun dövlət qulluqçuları çıxış edərək peşə bayramı münasibəti ilə həmkarlarını təbrik etdilər və onlara bu şərəfli yolda uğurlar arzuladılar. Ölkə başçısına dövlət qulluqçularına göstərilən xüsusi diqqətə görə minnətdarlıqlarını  bildirdilər.
Sonda dövlət qulluqçuları çay-şirniyyat süfrəsinə dəvət olundular.

Keçidlər