Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edildi

01 iyun 2016 | 16:00

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Zəngilan rayon “Şəfəq” uşaq bağçasında möhtəşəm bayram tədbiri keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iştirakçıları salamlayaraq bayram tədbirinə toplaşan uşaqları “1 iyun-Uşaqların Beynəlxalq  Müdafiəsi Günü” münasibəti ilə təbrik etdi.
Natiq çıxış edərək qeyd etdi ki, uşaqlara nəvaziş, onların gələcək inkişafı dünyanın bir çox yerində olduğu kimi ölkəmizdə də böyük əhəmiyyət kəsb edir və bu sahəyə xüsusi önəm verilir. Cənab Prezidentin Respublikamızda böyüməkdə olan nəsilə  göstərdiyi qayğının nəticəsi, onların gələcək inkişafına yaradılan şəraitin bariz nümunəsidir ki, hər il neçə-neçə gözəl uşaq bağçaları, təhsil müəssisələri tikilərək istifadəyə verilir.
İcra hakimiyyətinin başçısı bu sahəyə göstərilən dövlət qayğısından məcburi köçkün uşaqlarının daha çox yararlandığını, müxtəlif dövrlərdə məcburi köçkünlər üçün salınmış yaşayış massivlərində müasir standardlara cavab verən uşaq bağçalarının inşa edildiyini vurğuladı. Böyüməkdə olan nəslin bundan sonra da daim diqqət və qayğı ilə əhatə olunacağına əminliyini ifadə etdi.
Tədbir uşaqların hazırladıqları səhnəciklərlə davam etdirildi və konsert proqramı ilə yekunlaşdı.

Keçidlər