Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi veteranları ilə görüş

06 may 2016 | 16:00

Rayonumuzda 1941-1945-ci illər savaşında qazanılmış qələbənin hər bir ildönümü müharibə veteranlarına , onların tarixi xidmətlərinə hörmət və ehtiram günü kimi qeyd edilir. Qələbənin 71  illiyi ərəfəsində də bu ənənəyə sadiqlik göstərildi.
Rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun tapşırığı ilə, yaşları və sağlamlıq durumları nəzərə alınaraq, RİH-nin məsul işçiləri rayonun müharibə veteranlarının məskunlaşdıqları yerlərə getmiş, onlarla şəxsən görüşmüş, rayon rəhbərinin salamlarını, xoş arzularını çatdırmış və maliyyə yardımı göstərmişlər.
Müharibə veteranları və onların doğmaları dövlətin onlara göstərdiyi bu qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər