Home Contact Phone
background
  • Ünvan: Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivi 
  • Faks: (012) 341-40-01
  • E-mail: mail@zengilan-ih.gov.az

Xəbərlər

  • 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

    8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

    2017-03-07

    8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətində bayram tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etdi.

  • Nümunəvi diqqət

    Nümunəvi diqqət

    2017-03-01

    Dünyaya göz açan hər bir insan bacarıq və əməllərilə yaşayıb-yaradaraq özünəməxsus iz qoyur. Əməyinə verilən qiymət insanı yaşamağa, daha yeni nəailiyyətlər qazanmaqla xalqına, vətəninə xeyir verməyə ruhlandırır. Ziyalıların əməyinə hər zaman dəyər verən Zəngilan Rayon İcra Hakimiyyətində yubileylərin qeyd olunması artıq ənənəvi hal alıb.

  • Əməkdar yubiliyarlara qayğı

    Əməkdar yubiliyarlara qayğı

    2017-02-28

    28 fevral 2017-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində əməksevərliyi, bacarığı, səmimiyyəti ilə sayılıb-seçilən rayon ziyalısı, vaxtilə Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışmış Əşrəf Şükürovun 70 illik yubileyi qeyd olundu.

  • Xocalı soyqırımının 25-ci ildönümü ilə ə...

    Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

    2017-02-24

    24 fevral 2017-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Mincivan qəsəbə uşaq musiqi məktəbində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, ərazi nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

  • Novruz bayramının ilk çərşənbəsi qeyd edild...

    Novruz bayramının ilk çərşənbəsi qeyd edildi

    2017-02-21

    Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə fevral ayının 21-də Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə Azərbaycan xalqının ən qədim və milli bayramı Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd edildi.

  • YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk ...

    YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

    2017-02-21

    21 fevral 2017-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında YAP Zəngilan rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. İclası giriş nitqi ilə YAP Zəngilan Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı sədri Natiq Quluzadə açıq elan edərək qonaqları salamladı və gündəlikdə duran məsələlər barədə yığıncaq iştirakçılarına məlumat verdi.

  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısının...

    Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

    2017-02-17

    17 fevral 2017-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi.

  • Zəngilan Rayon İcra Hakimiyyətində daha bir zi...

    Zəngilan Rayon İcra Hakimiyyətində daha bir ziyalının yubileyi qeyd olundu

    2017-02-15

    İnsan illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu gördükdə bununla mənəvi rahatlıq tapar. Mənalı ömrünün 70-ci pilləsində olan Əli Əliyev səhiyyə sahəsində işlədiyi müddətdə zəngilanlıların dərin hörmət və rəğbətini qazanmışdır.

  • Azərbaycan Respublikası Səfərbərlik və Hərb...

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibətilə tədbir keçirildi

    2017-02-13

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı. Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin əməkdaşlarının, müharibə veteranlarının iştirak etdiyi tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  • Paralimpiya İdman Kompleksində karatenin VKF nö...

    Paralimpiya İdman Kompleksində karatenin VKF növü üzrə açıq çempionat keçirildi

    2017-02-11

    Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksində karatenin VKF növü üzrə açıq çempionat keçirildi. Sumqayıtda keçirilən klublar arası çempionatda dəfələrlə dünya və Avropa çempionu olmuş Siyavuş Bayramovun rəhbərlik etdiyi Zəngilan rayonunun “Araz” peşəkar idman klubu uğurla çıxış edərək yüksək nəticələr əldə etdilər.

  • 2 Fevral - Gənclər Günü qeyd edildi

    2 Fevral - Gənclər Günü qeyd edildi

    2017-02-02

    Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral “Gənclər günü” münasibətilə 28 saylı Zəngilan rayon tam orta məktəbində tədbir təşkil olundu. Tədbiri açıq elan edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə 2 fevral gününün Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.

  • Zəngilan rayonunun “Araz”  peşəkar idman kl...

    Zəngilan rayonunun “Araz” peşəkar idman klubu idmançılarının Asiya çempionatında uğurları

    2017-01-30

    İranın Gilan şəhərində Asiya çempionatında Zəngilan rayonunun “Araz” peşəkar idman klubunun idmançıları uğurla iştirak etdilər.

  • Dövlət başçısının müvafiq Sərəncam və F...

    Dövlət başçısının müvafiq Sərəncam və Fərmanı məcburi köçkünlər tərəfindən yüksək razılıq hissi ilə qarşılandı

    2017-01-27

    Yanvar ayının 27-də Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli Sərəncamının və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə bağlı müşavirə keçirildi.

  • 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaq...

    20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

    2017-01-19

    20 Yanvar 1990-cı il uzun illər Sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi, qanla yazılmış şərəfli bir tarixdir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.

  • Zəngilan rayonunun məktəbliləri “Ölkəmizi ...

    Zəngilan rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında səfərə çıxdılar

    2016-11-17

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir.

  • RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ƏHALİ ...

    RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ƏHALİ İLƏ SƏYYAR GÖRÜŞLƏRİ DAVAM EDİR

    2016-11-07

    Səyyar görüşlər əhalinin üzləşdiyi problemləri tam mahiyyəti üzrə öyrənmək və həlli istiqamətində operativ qərarlar qəbul etmək, icrası vaxt tələb edən məsələləri onlara düzgün izah etmək baxımından səmərəli vasitədir.

  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısının...

    Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi

    2016-11-01

    Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu noyabr ayının 1-də Xırdalan şəhəri, 47 saylı Təmir-Tikinti İdarəsinin inzibati binasında və ətraf evlərdə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda rayon rəhbəri ilə yanaşı, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdi.

  • Zəngilansız 23 il

    Zəngilansız 23 il

    2016-10-29

    Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Zəngilan rayonunu işğal etməsindən 23 il ötür.

  • Bakıda I Beynəlxalq Çörək Festivalı keçiril...

    Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi

    2016-10-20

    Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Assosasiyasının təşkilatçılığı ilə reallaşan festivalda bölgələr və ölkələr üzrə ayrılmış stendlərdə hər bir yer üçün xarakterik olan çörək və çörək məhsulları, şirniyyatlar qonaqlara təqdim edildi.

  • Dövlət müstəqilliyimizin 25 illiyi qeyd olundu

    Dövlət müstəqilliyimizin 25 illiyi qeyd olundu

    2016-10-17

    Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə 18 oktyabr – Milli Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

  • 2016-ci ilin 9 ayının sosial-iqtisadi inkişafı...

    2016-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

    2016-10-14

    Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri, aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

  • Zəngilan rayon məktəblərində Bilik günü qey...

    Zəngilan rayon məktəblərində Bilik günü qeyd olundu

    2016-09-15

    Zəngilan rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.Zəngilan rayon 11 nömrəli tam orta məktəbdə pedaqoji kollektivi, şagirdləri təbrik etmək üçün keçirilən bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iştirak etdi.

  • Qəbul imtahanlarında yüksək bal toplayan zəng...

    Qəbul imtahanlarında yüksək bal toplayan zəngilanlı məzunlar mükafatlandırıldı

    2016-08-31

    Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı rayonun ali məktəbə yüksək bal toplayaraq qəbul olan məzunlarla görüş keçirdi.

  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı nö...

    Zəngilan Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü keçirdi

    2016-08-30

    Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də Sumqayıt şəhəri, 48-ci məhəllə, 68 №li uşaq bağçasının həyətində məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə keçirildi.

  • Zəngilan rayonunda daha bir dövlət qulluqçusu ...

    Zəngilan rayonunda daha bir dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olundu

    2016-08-11

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.

əvvəlki [2] növbəti