Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon Gənclər və İdman idarəsi və “Edumarket” Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Natiqlik sirləri” adlı təlim keçirildi

10 fevral 2016 | 16:00

Fevral ayının 10-da 28 nömrəli Zəngilan rayon tam orta məktəbində Rayon Gənclər və İdman idarəsi və Edumarket  Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Natiqlik sirləri” adlı təlim keçirildi. Şagirdlərin fikirlərini düzgün və səlis ifadə etmək, auditoriyanı ələ almaq, çıxışlarını daha düzgün və maraqlı qurmasına yardımçı olmaq məqsədi daşıyan təlimdə  Zəngilan rayonunun 4, 7, 8, 13, 20, 22, 24, 26, 28, 29, 34, 36  saylı məktəblərindən şagirdlər iştirak etdilər.
Zəngilan rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Nəcəfzadə çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra söz təlimçiyə verildi.
Təlimçi Turan Hüseynov şagirdlərə nitq mədəniyyəti, nitqin düzgün qurulması barədə məlumat verərək, nitqimizdəki bəzi problemlərə diqqət çəkdi.
Sonda məktəb şagirdləri keçirilən təlimdən razı qaldıqlarını,  faydalı məlumatlar əldə etdiklərini bildirdilər.

Keçidlər