Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral Ümumrespublika Gənclər Günü qeyd edildi

02 fevral 2016 | 16:00

Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi, gənclərin dövlətin, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini isə vacib məsələlərdən biri hesab edib. Bu məqsədlə Ulu Öndər 1 Fevral 1997-ci il tarixdə "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Ümumrespublika  Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Zəngilan rayon Gənclər və İdman idarəsi tərəfindən Gənclər Günü münasibətilə 28 nömrəli tam orta məkətbin akt zalında dəyirmi masa-gənclərlə səmimi görüş təşkil edilmişdir. İdarə rəisi Zaur Nəcəfzadə gəncləri təbrik edərək, onlara təhsildə və şəxsi həyatlarında uğurlar arzulamışdır.
Çıxışında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən gənclər siyasətinə qiymət verildiyini vurğulayaraq, gəncləri vətənimiz, dövlətimiz naminə həmrəyliyə səslədi. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlardan bəhs edən natiq bugün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını, gənclərin rayon rəhbərinin də daim diqqət mərkəzində olduğunu qeyd etdi.

Keçidlər