Şriftin ölçüsü :

Saytın rəngi :

Layiqli Ömür

04 noyabr 2015 | 16:00

Ömür sürətlə ötüb keçir, illər bir-birini əvəz edir. Hiss olunmadan dəyişən zaman həyatımızda əməllərimizlə dərin izlər qoyur. Ömrü şərəfləndirən də məhz bu əməllərdir. Nə xoş o insanın halına ki, əməlləri ilə tükənməz sevgi və böyük hörmət qazansın.
4 noyabr 2015-ci il tarixində rayon ictimaiyyətinin dərin hörmət və ehtiramını qazanmış rayon ziyalıları Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində böyük məsləhətçi Sərməs Nuriyevin və Zəngilan Rayon Baytarlıq İdarəsinin müdiri Elbəyi Əlifovun 60 illik yubileyi qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yubiliyarları təbrik edərək onlara uzun ömür, möhkəm can sağlığı və yeni-yeni nəaliyyətlər arzuladı. Rayon rəhbəri çıxışında bildirdi ki, hər iki yubiliyar dövlətə, dövlətçiliyimizə sadiq, saf vicdan sahibi olmaqla yanaşı qayğıkeş ailə başçısıdır.
Sonra təbriklərə başçının müavinləri-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, Rayon Təhsil Şöbəsinin müdiri Zakir İbrahimov, Zəngilan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Tariyel Salmanov qoşularaq  səbəbkarlara xoş arzularını çatdırdılar.
Sonda hər iki yubiliyar öz çıxışlarında rayon rəhbərliyinə rayonun ziyalılarına göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.

Keçidlər