Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏRƏFLİ ZİYALI ÖMRÜ

05 avqust 2015 | 15:00

Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir. Bir növ hər keçən il insan məsuliyyətini artırır.
Zəngilan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, rayon ziyalısı, gözəl insan, nümunəvi ailə başçısı, qayğıkeş ata Tariyel Salmanovun avqustun 5-də 60 illik yubileyi qeyd olundu.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov Tariyel həkimi təbrik edib, ona can sağlığı, xoşbəxtlik, yeni-yeni nailiyyətlər arzuladı.
Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mönsümov Nizami,  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ceyhun Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov, rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov təbriklərə qoşularaq bildirmişlər ki, T.Salmanov rayon ictimayəti arasında tükənməz sevgi və böyük hörmət qazanmışdır.
Sonda Tariyel həkim rayon rəhbərliyinə, rayonun ziyalılarına göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Salmanov Tariyel Ayaz oğlu 05 avqust 1955-ci ildə Zəngilan rayonu Şayıflı kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakultəsinə daxil olmuş, 1979-cu ildə həmin universiteti müalicə işi ixtisası üzrə bitirmişdir.
1979-80-cı illərdə Bakı şəhəri 14 saylı Tibb Sanitar hissəsində terapevt interna işləmiş, 1980-cı ildə Zəngilan rayon Şayıflı sahə xəstəxanasına həkim terapevt və həm də Zəngilan MRX-nın Təcili Tibbi Yardım sahəsinə həkim təyin olunmuşdur.
1988-cı ildə Şayıflı sahə xəstəxanasının baş həkimi təyin olunmuş, 1993-97-ci illərdə Zəngilan həkim əmək ekspert komissiyasının sədri işləmişdir.
1997-ci ildə Zəngilan Mərkəzi Rayon Xəstəxanası poliklinika şöbəsində həkim terapevt işləmiş, 05 iyun 2015-ci il tarixdən Zəngilan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində işləyir.

Keçidlər