Şriftin ölçüsü :

Saytın rəngi :

Dərs ilinin sevincli və həyəcanlı son günü...

29 may 2015 | 15:00

Ölkəmizin hər yerində olduğu kimi, may ayının 29-da rayonumuzun ümumtəhsil məktəblərində də 2014-2015-ci tədris ilinin başa çatdığını bildirən “son zəng” lər vurulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənov bu münasibətlə rayonumuzun 4 nömrəli məktəbində keçirilən tədbirdə iştrirak etmişdir.
Tədbir əzəmətli Dövlət Himnimizin səsləndirilməsi ilə başlanmışdır.
Məktəbin direktoru Cəbrayıl Şıxəliyev yola salınan dərs ilinin yekunları barədə məlumat vermiş, müstəqil həyat astanasında olan buraxılış siniflərinin şagirdlərinə uğurlar arzulamışdır.
Rayon icra hakimiyyətinin başçısı R.Həsənov “son zəng” tədbirində məktəbin müəllim, şagird kollektivlərini təbrik edərək, geniş nitq söyləmişdir.
Rayon rəhbəri təhsili millətin gələcəyi adlandıran Ümummilli lider Heydər Əliyevin, bu siyasəti uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın gənc nəslin təlim-tərbiyəsi işinə verdiyi misilsiz töhvələrdən danışmış, rayon icra hakimiyyətinin tədris müəssisələrində əvvəllər mövcud olunmuş problemlərin həlli istiqamətində son illər gördüyü işləri diqqətə çatdırmış, təhsil şöbəsini və ümumtəhsil məktəblərini gözləyən konkret vəzifələri vurğulayaraq, əmin olduğunu bildirmişdir ki, qarşıdakı illəri daha yüksək nailiyyətlər dövrünə çevirmək üçün bütün tədbirlər görüləcəkdir.
Sonra məktəbin “Tərəqqi” medallı müəllimi Cahan Cabbarova, XI sinif şagirdi Nəzrin Qardaşxanlı, valideyn Tahir Əlirzayev çıxış edərək təbriklərini, ürək sözlərini tədbir iştirakçılarına çatdırmışlar.
“Son zəng” tədbiri bəddi hissə ilə davam etdirilmiş, xoş ovqat, alqış sədaları ilə başa çatdırılmışdır.

Keçidlər