Şriftin ölçüsü :

Saytın rəngi :

Belçikanın Xarici İşlər Naziri Məcburi köçkünlərimizlə görüşmüşdür

28 aprel 2015 | 15:00

Aprel ayının 28-də Belçikanın Baş Nazirinin müavini, Xarici İşlər Naziri Didye Reyndersin rəhbərlik etdiyi nümayəndə heyəti Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinə səfərə gəlmişdir.
     Nümayəndə heyətini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qarşılamışdır.
     Səfər zamanı Belçikalı rəsmilər ərazidə yerləşən Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə və “Şəfəq” uşaq bağçasına gedərək həmin müəssisələrin şəraiti ilə tanış olmuşlar.
     Sonra qonaqlar zəngilanlı məcburi köçkün Nurəddin Həsənovun     məskunlaşdığı mənzildə olmuş, erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin salınmış insanlara Azərbaycan dövlətinin qayğısı ilə yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləmiş, çay süfrəsi arxasında mövcud durumla bağlı fikir mübadiləsi aparmışlar.

Keçidlər