Şriftin ölçüsü :

Saytın rəngi :

Seminar – müşavirə

14 noyabr 2014 | 16:00

14 noyabr 2014-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti üzrə inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları ilə əlaqədar struktur bölmələrinə metodoloji köməklik göstərilməsi məqsədi ilə seminar - müşavirə keçirilmişdir.
Seminarı ön sözlə açan RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev tədbirin mahiyyəti, ölkəmizdə dövlət qulluqçularına göstərilən qayğı, verilən yüksək dəyər, eləcə də bütün bunlara rəğmən bu sahədə çalışanların ümdə vəzifələri və məsulliyyətləri haqqında danışmışdır.
Sonra struktur bölmələr tərəfindən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları və müddətləri, bu qaydalara dürüst riayət olunması, qiymətləndirmənin obyektiv, qərəzsiz, bərabərlik prinsipi əsasında aparılması məsələləri ilə əlaqədar rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov məruzə etmiş və seminar-müşavirə iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
RİH başçısının müavini S.Paşayev tədbirə yekun vuraraq, hər bir dövlət qulluqçusunu daşıdığı vəzifənin şərəfini yetərincə dəyərləndirməyə və tələb olunan qayda və prinsiplərə uyğun fəaliyyət göstərməyə çağırmışdır.

Keçidlər