Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanlı əsgərlərlə görüş

18 oktyabr 2014 | 15:00

   Rayon icra Hakimiyyəti başçısı cənab Ramiz Həsənovun tapşırığı əsasında zəngilanlı əsgərlərlə görüşlərin keçirilməsi  davam etdirilir.

   Əsgərlərlə görüşlərin keçirilməsi artıq ənənə halını almışdır. Ötən il ərzində Rayon icra Hakimiyyəti başçısının tapşırığı əsasında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi inzibati ərazi dairəsi üzrə nümayəndələrlə birlikdə respublikanın müxtəlif bölgələrində olmuş, zəngilanlı əsgərlərlə görüşlər keçirmişdir.

    Rayon icra hakimiyyəti başçısının müvafiq tələbləri əsasında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Bağırova inzibati ərazi dairəsi üzrə nümayəndələr- Bartaz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə B.Bəşirov, Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə H.Həsənov, Rəzdərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə A.Bağırov, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə C.Qəniyev, Zəngilan şəhər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə M.Rəhimov, Cahangirbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə E.Məmmədov, habelə Zəngilan rayon Gənclər və İdman idarəsinin rəisi Z.Nəcəfzadə, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Q.İmanzadə, o cümlədən Zəngilan şəhər 1 №li orta məktəbin müəllimi R. İsmixanov ilə birlikdə Beyləqan və Füzuli rayonlarında “N”saylı hərbi hissələrdə olan zəngilanlı əsgərlərlə görüş həyata keçirmişdir.

   Ərazi idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Bağırova nümayəndə heyəti ilə birlikdə əsgərləri salamlayaraq RİH-nin başçısı R.Həsənovun salam və müvafiq tövsiyyələrini onlara çatdırmış, bu şərəfli yolda əsgərlərə uğurlar diləmişdir. Əsgərlərlə valideynlərin telefon danışıqları yaradılmış və onlara RİH-in pul vəsaitləri təqdim edilmişdir.

Keçidlər