Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonu üzrə nərd birinciliyi keçirilmişdir

02 avqust 2014 | 15:00

Avqustun 2-də Masazır qəsəbəsindəki yeni yaşayış massivində nərd üzrə rayon birinciliyi keçirilmişdir.Tədbirdə rayonun əksər nərd həvəskarları iştirak etmişdir.Yarış  Zəngilan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun  Mədəniyyət mərkəzində təşkil olunmuşdur. Oyunlar püşkatma yolu ilə keçirilmişdir.
Hüseynov Elxan  bütün rəqiblərini məğlub edərək qalib olmuşdur. Bayramov Süleyman 2-ci, Abdullayev Murtuza 3-cü yeri qazanmışlar.
Sonda qaliblər mükafatlandırılmışlar.

Keçidlər