Şriftin ölçüsü :

Saytın rəngi :

ELANLAR

18 yanvar 2022-ci il


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2022/2023-cü tədris ili üçün DİN-in Polis Akademiyasında
“hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair
ELAN

     Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 300 kursantın qəbulu üçün müsabiqə elan edir.
     Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2022-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2022-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
     Sənədlərin qəbulu 2022-ci il yanvar ayının 24-dən mart ayının 5-dək bazar günləri istisna olmaqla hər gün saat 1000-dan 1700-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd  fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Əlavə məlumat almaq üçün əlaqə telefonları:  050-556-54-56,   070- 288-45-48,     012- 590-64-27


     Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.
       Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 8 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi dərhal sənədləri toplanan polis orqanına təqdim etməlidirlər.  Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya həkim komissiyasına göndəriş aldığı gündən 15 gün ərzində müvafiq rəyi təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.
Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 13 avqust – 14 sentyabr 2022-ci il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla tədris azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Seçmə komissiyasının vaxtı barədə və Polis Akademiyası haqqında ətraflı məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Akademiyanın www.pa.edu.az internet saytlarında yerləşdiriləcəkdir.

 

***

 

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ POLİS ORQANLARINDA ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNƏ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR

Respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.
Cəmi 50 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə  bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il fevralın 11–dən mart ayının 12-dək http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün);
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
«Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir. 


Əlavə məlumat almaq üçün əlaqə telefonları:  050-556-54-56,   070- 288-45-48,     012- 590-64-27

 

***

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqə elan edir.

 

Müsabiqə 2020-ci ilin may ayının 18-dən iyun ayının 18-dək keçirilir. Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisasi üzrə təhsil almış, yaşı 28-dək olan,  həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, xidmət keçmə haqqında əsasnamədə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsindən olan vətəndaşları iştirak edə bilərlər.

Ətraflı məlumat üçün Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi olan www.mia.gov.az –dan məlumat ala bilərsiniz
Keçid üçün link   https://www.mia.gov.az/index.php?/az/content/29799

Əlaqə telefonları :                 050-556-54-56

                                               012- 590-64-30

                                               012- 590-64-27

 

***

 

 Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi 28 fevral 2020-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da başlayacaq.

 

***

 

 2020-2021-ci tədris ili üçün DİN-in Polis Akademiyasında ”hüquqşünaslıq” ixtisası üzrə  əyani təhsil üzrə kursantların qəbuluna dair müsabiqə  elan edir. 

Müsabiqə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm) çağırışçı kimi  qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış sinfində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək (2020-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq  və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Vətəndaşlar sənədlərin qəbulu üçün 2020-ci ilin yanvar ayının 27-dən mart ayının 1-dək hər gün (bazar günləri istisna olmaqla) saat 10:00-dan  17:00-dək Zəngilan RPŞ-yə müraciət edə bilərlər. Seçmə komissiyasının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az   internet saytında yerləşdiriləcəkdir. Ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az    internet saytında yerləşdirilmişdir.

Əlaqə telefonları:            050-556-54-56

                                         012-341-40-14

 

***

 

Azərbaycan Respublikası  Zəngilan  Rayon İcra Hakimiyyəti yanında  fəaliyyət göstərən ictimai  Şuranın üzvlüyünə seçkilərlə bağlı Elan


       Zəngilan rayon İcra hakimiyyəti konkret birdəfəlik təşkilati və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədilə, digər birdəfəlik tətbiq halları üzrə qeyri-normativ hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyətinin iştirakını təmin etmək üçün İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuranın formalaşdırılması üçün şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
       Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Zəngilan rayon İcra hakimiyyəti yanında ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 07 oktyabr 2020-ci il tarixdən 20 iş günü müddətində seçki komissiyasına müraciət edə bilərlər.
       Müraciətə (müraciətdə əlaqə vasitələri, e-mail və digər zəruri məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidirlər:
1. şəxsiyyət vəsiqəsinin surəti;
2. namizədin tərcümeyi-halı;
3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin  üzvlüyünü təsdiq edən sənədin surəti;
4. Yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya birliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının sürəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

                                                                   

***

 

Zəngilan rayon  İcra Hakimiyyəti yanında İctimai şuranın üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla bağlı Elan

 

Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Zəngilan rayon İcra hakimiyyəti yanında İctimai şuranının birgə yığıncağında (səsvermədə) iştirak etmək istəyənlər 24 noyabr 2020-ci il tarixdən ictimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər.
Birgə yığıncaqda (səsvermədə) hər bir vətəndaş cəmiyyəti institutundan  bir nümayəndə iştirak edə bilər.
Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidirlər.
-Səsvermədə iştirak edəcək nümayəndələrin şəxsiyyət vəsiqələrinin surəti; 
-Vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
-Təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə yığıncağı (səsvermə) 03 dekabr 2020-ci il tarixdə saat 10:00-da Abşeron rayonu, Masazır qəsbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə, mədəniyyət evində keçiriləcək.

 

 

***

2021-2022-ci tədris ili üçün DİN-in Polis Akademiyasında ”hüquqşünaslıq” ixtisası üzrə  əyani təhsil üzrə kursantların qəbuluna dair müsabiqə  elan edir.

Müsabiqə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm) çağırışçı kimi  qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış sinfində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək (2021-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq  və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Vətəndaşlar sənədlərin qəbulu üçün 2021-ci ilin yanvar ayının 25-dən mart ayının 6-dək hər gün (bazar günləri istisna olmaqla) saat 10:00-dan  17:00-dək Zəngilan RPŞ-yə müraciət edə bilərlər. Seçmə komissiyasının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az   internet saytında yerləşdiriləcəkdir. Ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az    internet saytında yerləşdirilmişdir.

Əlaqə telefonları:            050-556-54-56

                                        012-341-40-14

Keçidlər